!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO baş katibinin İrəvanda açacağı “KARTLAR”: “O, Rusiyanın daha da aqressivləşməməsi üçün...”

!Reklam – Yazi

 

“Stoltenberqin regiona səfərinin əsas məqsədi Ermənistanda üzə çıxacaq.”.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycan prezidenti ilə görüşünü şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, NATO baş katibinin səfərinin əsas məqsədi Ermənistanda üzə çıxacaq:

“NATO baş katibi yalnız Azərbaycana yox, Cənubi Qafqaz ölkələrinə səfərə çıxıb. Yəni o əvvəl Azərbaycanda oldu, daha sonra isə Gürcüstana və Ermənistana gedəcək. Onun Azərbaycan və Gürcüstan səfəri protokol xarakterlidir. O baxımdan, Stoltenberqin regiona səfərinin əsas məqsədi Ermənistanda üzə çıxacaq.

Çünki orada KTMT, Ermənistanın NATO-ya inteqrasiya kimi müzakirə ediləsi vacib məsələlər var. Hesab edirəm ki, əsas görüş İrəvanda olacaq və müzakirələrdə Rusiya hədəfə alınacaq.

Azərbaycan prezidenti onunla görüşdə bildirdi ki, NATO ilə əməkdaşlıq edirik. Xatırladıldı ki, Əfqanıstanı sonuncu tərk edən də Azərbaycan hərbçiləri oldu. Bundan əlavə, prezident Azərbaycan ordusunun gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və müasir silahlarla təchiz edilməsindən danışdı. Ancaq NATO ilə bağlı xüsusi bir bəyanat olmadı.

NATO baş katibi də öz növbəsində bildirdi ki, regionda sülhə nail olmaq lazımdır. O, Azərbaycanın bu yöndə fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğuladı. Məncə, Stoltenberq Rusiyanın daha da aqressivləşməməsi üçün yalnız Ermənistana yox, Cənubi Qafqazın digər ölkələrinə də səfər etdi. Ancaq hesab edirəm ki, NATO baş katibinin əsas görüşü İrəvanda olacaq və bütün kartlar da orada açılacaq”.

Səxavət Məmməd

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv