!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO: Bütün dəlillər İranın Rusiyaya pilotsuz təyyarələr tədarük etdiyini göstərir

!Reklam – Yazi

“İran Rusiyaya pilotsuz uçan apratlar (PUA) tədarük edir”.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO qərargahında İsveçin Baş naziri Ulf Kristersson ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

Almaniya, ABŞ, Hollandiya və Fransa kimi NATO-ya üzv ölkələrin Ukraynaya daha çox və təkmil hava hücumundan müdafiə sistemləri çatdırma prosesində olduqlarını ifadə edən Stoltenberq, “Bu PUA-ların dəhşətli hücumları Ukraynaya dəstəyin artırılmasının aktuallığını vurğulayır” ifadəsini işlədib.

Stoltenberq İranın Rusiyaya raket göndərdiyinə dair sübutların olub-olmaması ilə bağlı suala Yens Stoltenberqin cavabı aşağıdakı şəkildə olub:

“Hər bir göstərici İranın Rusiyaya PUA tədarük etdiyini göstərir. Kəşfiyyatımız haqqında təfərrüata varmayacağam. Ancaq biz təbii ki, İranın Rusiyaya hər hansı dəstək verməklə bağlı addımlarını yaxından izləyirik. Biz İranı Rusiyaya PUA və ya raket verməməyə çağırırıq. İstənilən raket tədarükü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozur”.

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv