!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-dan Donbasdakı gərginliyə REAKSİYA: “Rusiya müdaxilə üçün zəmin hazırlayır”

!Reklam – Yazi

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Donbas bölgəsində gərginliyin artmasına münasibət bildirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Stoltenberq bu barədə NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə davam etmiş iki günlük toplantısından sonra keçirilmiş brifinqdə danışıb.

Baş katibin sözlərinə görə, Rusiya Donbasda hərbi gərginliyi artırmaqla, regiona müdaxilə üçün zəmin hazırlayır:

“Moskvanın bizi inandırmağına baxmayaraq, hələ ki Rusiya qoşunlarının sərhəddən çəkildiyini və gərginliyin azaldığını görmürük.

Əksinə, görünən budur ki, Rusiya Ukrayna ilə sərhəddə hərbi gücünü artırmaqdadır. Biz çox diqqətlə hadisələrin inkişafını izləyirik. Biz Rusiyanı öz vədlərini yerinə yetirməyə və Ukrayna ilə sərhəddəki qüvvələrini geri çəkməyə çağırırıq. Bu, məsələnin siyasi həllinə yönəlik ilk addım olacaq”.

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv