Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NATO-dan Suriya və Rusiyaya ÇAĞIRIŞ: Hücumları dayandırın!

Türk Silahlı Qüvvələrinə (TSK) İdlibdə rejim qüvvələri tərəfindən hava hücumundan sonra NATO-nun baş katibi Yens Stoltenberg, NATO sözçüsü Oana Lungescu və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberg Suriya rejimini və ona dəstək verən Rusiyanı qınayaraq, hücumlara son verməyə çağırıb.

Əsəd rejimi və onu dəstəkləyən Rusiyadan Beynəlxalq qanunlara riayət etməyi və Birləşmiş Millətlər Təşkilatında (BMT) sülh səylərini önəmsəməsini istədiyini deyən baş katib bütün tərəfləri təmkinli olmağa çağırıb.

“Bütün tərəflər bu çox təhlükəli və bölgədəki dəhşətli humanitar vəziyyətin qarşısını alaraq gərginliyi azaltmalıdır”.

Qeyd edək ki, İdlibdə hava hücumu nəticəsində nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub.

 

www.yenicag.az

5398