!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO ən böyük HHQ təlimlərinə başladı

!Reklam – Yazi

NATO alyansı ən böyük hərbi hava qüvvələri (HHQ) təlimlərinə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya HHQ mətbuat xidməti məlumat yayıb.

NATO bu gün Alyans tarixində ən böyük “Air Defender 23” təliminə başlayıb. Təlimlər Almaniya tərəfindən koordinasiya edilir və Alyansın potensial təhlükələrə, xüsusən də Rusiyaya qarşı birliyini nümayiş etdirmək üçün nəzərdə tutulub.

Qeyd edilib ki, təlimlər 23 iyunadək davam edəcək.

Təlimlər Yaponiya və İsveç də daxil olmaqla, NATO-ya üzv və tərəfdaş 25 ölkədən 250-yə yaxın hərbi təyyarənin iştirakı ilə keçiriləcək.

Həmçinin o da əlavə olunub ki, təlimlərə 10 min nəfər yaxın canlı qüvvə cəlb olunub.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv