!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO iclas çağırdı - TƏCİLİ

!Reklam – Yazi

NATO Rusiyanın Ukraynaya hücumları fonunda təcili iclas çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Alyansın Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumu ilə bağlı bəyanat yayıb.

“Mən Rusiyanın saysız-hesabsız dinc əhalinin həyatını təhlükə altına ataraq Ukraynaya qarşı ehtiyatsız və əsassız hücumunu qətiyyətlə pisləyirəm.

Yenə də dəfələrlə xəbərdarlıqlarımıza və yorulmaz diplomatik səylərimizə baxmayaraq, Rusiya suveren və müstəqil ölkəyə qarşı təcavüz yolunu seçib”, – Baş katib vurğulayıb.

Bundan başqa, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Rusiyanın Ukraynaya hücumu müzakirə olunub.

“Biz Rusiyanın Ukraynaya hücumunu pislədik. Alyansın koordinasiyalı fəaliyyətini müzakirə etdik. Biz Rusiyaya cavab verməkdə və NATO-nun Şərq cinahını gücləndirməkdə həmrəyik”, – ABŞ-ın dövlət katibi Entoni Blinken bildirb./Report/

www.yenicag.az

836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv