!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-nun Rusiyaya vermədiyi “NÜVƏ BƏHANƏSİ”: “Operativ mərkəzi komandanlığa malik olmasa da...”

!Reklam – Yazi

“Əgər NATO açıq-aşkar Ukraynaya girəcəksə, bu addım nüvə silahından istifadə üçün Rusiyanın əlinə bəhanə verəcək”.

Bu sözləri Rusiya-NATO qarşıdurmasının açıq hərbi toqquşmaya çevrilmə ehtimalını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, NATO öz sıralarına yeni üzvlər qəbul etməklə, Rusiya ətrafında həlqəni daraldır:

“Fransanı nə qədər tənqid etsək də, böyük dövlətdir, Avropada nüvə potensialına, silah istehsalına görə öndədir. Buna baxmayaraq, Fransanın Ukraynaya yardımı imkanlarından qat-qat aşağı səviyyədədir. Fransanın Afrikada, Asiyada, hətta Qafqazda da maraqları var. Ancaq “qulağının dibindəki” müharibə ilə bağlı passiv davranır.

Ta qədimdən Fransa ilə Rusiya arasında yaxınlıq, müttəfiqlik var. Bu gün də Qərbdə üzdə görünən Macarıstan olsa da, altdan-altdan Rusiyaya ən loyal münasibət bəsləyən ölkə məhz Fransadır. Makronun “stəkanda fırtına” yaratması başqa ölkələri prosesə qoşub, özü kənarda qalmaq cəhdindən ibarətdir.

Fransanın tarixinə baxanda çoxsaylı müharibələr apardığını görürük, ancaq indi ordusu o qədər də güclü deyil. Ona görə də Afrikadan çəkilməyə məcbur oldu. İndiki halda Fransa öz adından yox, NATO adından danışır. NATO ölkələri müharibə başlayandan buna soyuq başla münasibət bildiriblər. Yəni blok Rusiya ilə açıq qarşıdurmaya getməyəcək.

Operativ mərkəzi komandanlığa malik olmasa da, NATO yerində saymır, sıralarına yeni üzvlər qəbul etməklə, Rusiya ətrafında həlqəni daraldır. Qərbin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe ondan ibarətdir ki, Ukraynaya kömək edilsin, Rusiyanı durdurulsun, o müddət ərazində də ordunu gücləndirsinlər.

Düşünmürəm ki, yaxın vaxtlarda Rusiya-NATO qarşıdurması hərbi toqquşma fazasına keçsin. Nüvə silahına malik olmayan dövlətə həmin silahdan işlədilməməlidir. Ukrayna da nüvə dövləti deyil. Əgər NATO açıq-aşkar Ukraynaya girəcəksə, bu addım nüvə silahından istifadə üçün Rusiyanın əlinə bəhanə verəcək”.

Səxavət Məmməd

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv