!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-nun Ukraynaya GÜZƏŞT TƏZYİQİ: “Ərazi əvəzinə sülh” variantının baş tutması...”

!Reklam – Yazi

“Ukrayna NATO-ya qəbul ediləcəksə, bu halda Rusiyanın oraya keçən il başlayan hərbi müdaxiləsinin boşuna olduğunu söyləmək mümkündür”.

Bu fikirləri NATO baş katibinin ofisinin rəhbəri Stian Yenssenin “Ukraynanın öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməsi müharibənin sonlandırılmasına və onun alyansa üzvlüyünün tezləşməsinə gətirib çıxara bilər” yanaşmasının Kiyev və Moskva üçün nə dərəcədə mümkün olduğunu dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər arasında müəyyən danışıqlara başlanılsa, Rusiya özü üçün təhlükəsizlik zəmanəti istəyəcək və Moskva üçün o qarantiya məhz Ukraynanın NATO-ya daxil olmamasından ibarətdir:

“Yaranmış vəziyyəti ümumi şəkildə təhlil etsək, deyə bilərik ki, Ukrayna bu məsələdə şərt irəli sürmək imkanında deyil. Çünki Ukrayna müharibəsi ilə bağlı bütün qərarları əsasən Qərb koalisiyası qəbul edir. NATO isə Ukraynanın indiki vəziyyətini nəzərə almayaraq, güzəştə getmək şərti ilə müharibənin yekunlaşdırıla biləcəyi mövqeyindədir. Əslində, Ukrayna müharibəsinin başlamasında Qərb koalisiyasının da rolunun olduğu məlumdur.

Konkret olaraq bu təklifə gəldikdə isə fikrimcə, Ukrayna ərazilərinin bir qismini itirmək hesabına olsa belə, müharibənin başa çatması üçün güzəştə getməyə hazır olsa da, Rusiya üçün vacib amillərdən biri o ölkənin gələcəkdə NATO-ya üzv olmamasıdır. Bu, Rusiyanın başlıca şərtlərindən biridir.

O baxımdan, əgər Ukrayna NATO-ya qəbul ediləcəksə, bu halda Rusiyanın oraya keçən il başlayan hərbi müdaxiləsinin boşuna olduğunu söyləmək mümkündür.
Ona görə də belə düşünürəm ki, tərəflər arasında müəyyən danışıqlara başlanılsa, Rusiya özü üçün təhlükəsizlik zəmanəti istəyəcək və Moskva üçün o qarantiya məhz Ukraynanın NATO-ya daxil olmamasından ibarətdir.

Ukraynanın mövqeyinə gəldikdə isə döyüşlərin tempi də göstərir ki, Ukraynanın müharibəyə cəlb etdiyi insan resursları azalmaqdadır, iqtisadiyyatı dağılmış vəziyyətdədir, milyonlarla vətəndaşı ölkəni tərk edib və sair. Bu ifadəmə görə məndən inciməsinlər, ancaq Ukrayna hazırda az qala yox vəziyyətindədir. Orada sadəcə, aldığı təlimatları icra etməkdə olan Zelenski var. Çoxları belə düşünr, mən də o fikirdəyəm ki, Ukrayna zamanında müəyyən addımlar atsa idi, bu müharibə heç başlamayacaqdı da…

Hazırda davam edən proaseslər onu göstərir ki, indi Ukraynaya yardım göstərən bəzi müttəfiqləri belə Ukraynanın parçalanmasında çox maraqlı görünürlər. Belə çıxır ki, onların Ukraynanın hansısa ərazilərinə iddiaları var. Bütün hallarda bu məqamı önə çəkməliyik ki, müharibə nə qədər tez yekunlaşsa, hər iki ölkə üçün o qədər faydalı olacaq”.

A.Zeynalov

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv