!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-nun Vilnüs sammitindən GÖZLƏNTİLƏR: “Ağıllarını itirməyiblər ki, Rusiya ilə savaşsınlar” – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Allah eləməsin, qlobal nüvə müharibəsi, ümumiyyətlə, bəşəriyyətin sonu deməkdir”.

Bu fikirləri NATO-nun 11-12 iyulda Vilnüsdə baş tutacaq sammitində qəbul ediləcək mümkün qərarları şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ətrafında müəyyən ajiotaj yaradılsa da, Vülnüs sammiti NATO-nun sadəcə, növbəti tədbiridir:

“Böyük ehtimalla, sammitdə Ukraynanı dəstəkləyən və ona yardımların genişləndirilməsini, o cümlədən, müharibədən sonra bu ölkənin NATO-ya üzvlük prosesinin sürətləndirilməsini nəzərdə tutan müəyyən qərarlar qəbul olunacaq. Ancaq heç kim özünü aldatmasın, Ukrayna müharibə apardığı anda onun NATO-ya qəbul edilməsi qətiyyən real deyil.

Əgər bu baş verərsə, o mənaya gəlir ki, NATO avtomatik olaraq nüvə dövləti olan Rusiya ilə müharibəyə başlayır. Ağıllarını itirblər? Allah eləməsin, qlobal nüvə müharibəsi, ümumiyyətlə, bəşəriyyətin sonu deməkdir. Amma ağıllı qərb siyaətçiləri diplomatik ustalıq göstərərək Rusiya ilə fərqli taktika əsasında savaşırlar. Ona qarşı geniş sanksiyalar tətbiq etməklə, Rusiya iqtisadiyyatını zəiflədirlər.

Nəinki iqtisadiyyatı, hətta üç-beş ilə Rusiyanın özü də çökə bilər. Yəni Qərb Rusiyanı yavaş-yavaş boğur. Digər tərəfdən, Rusiya təhlükəsinin artması ilə əlaqədar sammitdə belə bir qərar da qəbul ediləcək ki, NATO üzvü olan bütün ölkələrin hərbi büdcəsi Ümumi Daxili Məhsulun ən azı iki faizi həddinə çatdırılsın. Bununla da Rusiyanın ətrafındakı halqa tədricən daralacaq.

Bundan başqa, ola bilər ki, Vilnüs sammitində İsveç alyansa qəbul edilməsin. Lakin İsveç özünün son dərəcə liberal qanunlarını sərtləşdirərək Türkiyə əleyhinə fəaliyyət göstərən kürd separatçıların əl-qolunu bağlasa, Ankara onun NATO üzvlüyünə yolunu açacaq. Bu məsələdə Türkiyənin mövqeyi haqlı və əsaslıdır. NATO üzvü olan Türkiyənin parçalanmasına çalışanları himayə edən ölkənin bloka daxil edilməsinə necə imkan verilsin?”.

A.Zeynalov

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv