!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-nun yeni HƏDƏFİ: Rusiya Gürcüstandan vurulacaq?

!Reklam – Yazi

“NATO-nun Cənubi Qafqazda münasibətlərinin ən yaxşı səviyyədə olduğu ölkənin Gürcüstan olduğunu nəzərə almaq lazımdır”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərini Rusiyanın Gürcüstandan vurulacağı ilə bağlı yaranan iddialara münasibətini bildirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfində yaranan bu iddialar qəti olaraq reallığı əks etdirmir.

“Çünki Rusiyaya qarşı xüsusilə də NATO-nun əli ilə ikinci bir cəbhə açmaq alyansın üzvlərinin maraqlarına cavab vermir. Əlavə olaraq NATO-nun vahid qurum olmadığını nəzərə almaq lazımdır”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, hansısa əməliyyatın həyata keçirilməsi üçün üzv dövlətlərin razılığı mütləq lazımdır:

“Həmçinin alyansın tərkibində ordusuna görə ən güclü ikinci ölkənin Türkiyə olduğu da diqqətdən yayınmamalıdır. Yəni Türkiyə belə bir planın həyata keçirilməsinə heç zaman qol qoymaz. Eyni zamanda burada Gürcüstanın da maraqları xüsusi əhəmiyyətə malikdir. NATO heç Ukrayna məsələsini yoluna qoya bilməyib, qaldı ki, Gürcüstan əli ilə Rusiyaya qarşı ikinci cəbhə açılması. Düzdür, hazırda sözügedən təşkilatın Cənubi Qafqazda münasibətlərinin ən yaxşı səviyyədə olduğu ölkə Gürcüstandır. Ancaq bu iddia birbaşa olaraq Tiflisin maraqlarına ziddir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv