!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-nun yeni regional MÜDAFİƏ PLANI: Əsas təhlükə haradan gözlənilir?

!Reklam – Yazi

NATO-nun iyulun 11-12-də Vilnüsdə baş tutacaq növbəti sammitində mühüm sənədlər qəbul ediləcək.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qarşıdan gələn sammitdə alyans ölkələrinin müdafiəsinin gücləndirilməsinə istiqamətlənmiş addımlar atılacaq:

“Sammitdə çəkindirici və müdafiə xarakterli yeni addımlar atılacaq. Alyansa yönəlik əsas təhlükələr olan Rusiya və terrorizmə qarşı üç yeni regional müdafiə planının köməyi ilə mübarizə aparılacaq.

Yeni planın birincisi, əsasən, şimal zonasını – Atlantika ilə Avropa Arktikasını, ikinci plan mərkəzi – Baltik regionu ilə Mərkəzi Avropanı, üçüncü plan isə cənubu – Aralıq və Qara dənizləri əhatə edəcək.

Bu planların həyata keçirilməsi üçün NATO ölkələrindən 300 min hərbçi, o cümlədən geniş tərkibdə hərbi-hava və hərbi-dəniz qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək”.

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv