!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO ölkəsində SİYASİ BÖHRAN: Son 2 ildə 4-cü növbədənkənar seçkilər təyin edildi

!Reklam – Yazi

Bolqarıstanda hökm sürən siyasi böhran ölkədə növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə nəticələnib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev ölkədə bu il oktyabrın 2-də növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar qəbul edib.

Məlumata görə, bu, son 2 ildə Bolqarıstanda keçirilən 4-cü növbədənkənar parlament seçkiləri olacaq.

Bundan başqa, Bolqarıstanda inflyasiyanın artdığı, təbii qaz tədarükünün çətinləşdiyi şəraitdə Radevin digər sərəncamı ilə keçmiş əmək naziri Qalab Donev Baş nazirin səlahiyyətlərini həyata keçirəcək.

Yeni hökumət kabinəsi avqustun 2-də işə başlayacaq və yeni hökumət formalaşdırılana qədər fəaliyyətdə olacaq.

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv