!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO ölkəsindən Rusiya ordusuna KİNAYƏ: “Silahlı qüvvələrinin sayı bir diviziyanın şəxsi heyəti qədər...”

!Reklam – Yazi

“Hərbi komandanlığın daxilində hökm sürən ziddiyyətlər onsuz da zəifləmiş ordunu daha çətin vəziyyətə salır”.

Bu fikirləri NATO üzvü olan Litvanın müdafiə naziri Arvidas Anuşauskasın Rusiya ordusunun dünya reytinqində artıq “2-ci yerdə deyil, sonuncu onluqda” qərarlaşması haqda ironik yanaşmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü bu ölkənin barəsində mif yaranmış ordusunun gerçək durumunu ortaya çıxardığı üçün bu kimi yanaşmalar təbiidir:

“Rusiya Ukraynaya hücum etməklə həm özünü ağır vəziyyətə saldı, həm də ordusunun real gücünün ortaya çıxmasına şərait yaratdı. Həqiqətən də, ötən ilin fevralına qədər olan dövrdə Rusiya ordusunun yüksək döyüş qabiliyyətində olduğu və hərtərəfli təchiz edildiyi təsəvvürü mövcud idi.

Ancaq müharibənin elə ilk həftələri göstərdi ki, Rusiya ordusu haqqında təsəvvürlər reallığı qətiyyən əks etdirmir. Təqribən son ilyarımda da açıq göründü ki, nə ordunun döyüş qabiliyyəti, nə şəxsi heyətin mənəvi-psixoloji durumu, nə də komandanlığın peşəkarlıq göstəricisi Rusiya üçün ümidverici heç nə vəd etmir.

Digər tərəfdən, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə möhtac qalması, bu ölkədə işləyən əcnəbiləri ödənişli xidmətə cəlb etmək cəhdləri, İran və Şimali Koreyadan hərbi sursat alması onun silahlı qüvvələrini xarakterizə edən göstəricilərdir. Üstəlik, hərbi komandanlığın daxilində hökm sürən ziddiyyətlər onsuz da zəifləmiş ordunu daha çətin vəziyyətə salır.

O baxımdan, Litva xarici işlər nazirinin Rusiya ordusu haqqında dedikləri reallığa uyğun olmaqla bərabər, həm də düşündürücüdür. Görün, Rusiya ordusu hansı vəziyyətdədir ki, silahlı qüvvələrinin sayı təqribən bir diviziyanın şəxsi heyəti qədər olan bir ölkənin müdafiə naziri də onu ələ salır. Burada əlbəttə ki, günahkar başqaları yox, yürütdüyü siyasətlə özünü belə bir duruma salan Rusiyadır”.

A.Zeynalov

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv