!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO qüvvələrinin Rusiya sərhədinə AXINI: “Qırğı” siyasətçi “resept” verdi

!Reklam – Yazi

ABŞ-ın eks-prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton Rusiyanı dayandırmağın yolunu göstərib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Con Bolton Rusiya ilə sərhədə daha çox NATO qüvvələrinin yerləşdirilməsi Kremli Ukraynaya hərbi təcavüzdən çəkindirəcək.

Bolton hesab edir ki, bu addım Rusiyanı tək Ukraynaya deyil, eyni zamanda, Qərblə əməkdaşlıq edən digər postsovet ölkələrinə qarşı hərbi müdaxilədən çəkindirəcək:

“Bu halda Rusiya generalları sərhəddə NATO qüvvələrinin olduğunu bilərək, Ukraynaya müdaxilə planlarına yenidən baxacaqlar”.

Bolton həmçinin NATO ölkələrini öz müdafiə xərclərini artırmağa çağırıb. Keçmiş müşavir Qərb ölkələri müdafiə nazirləri ilə birləşmiş qərargah rəislərinin Kiyev, Kişinyov, Tiflis və hətta Minskdə bir araya gəlmələrinin vacibliyini bildirib.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv