!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO rəsmisi: İrəvan Moskvadan uzaqlaşır

!Reklam – Yazi

NATO Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı birgə bəyannamə ilə bağlı çox nikbindir.

Yenicag.az xəbər verir ki, bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın “Birinci Kanal”ına müsahibəsində deyib.

O bildirib: “Biz bunun çox yaxşı xəbər olduğunu düşünürük. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Bu prosesdə Aİ və ABŞ-ın, eləcə də Ermənistan və Azərbaycanın ikitərəfli əsasda həyata keçirdiyi səyləri dəstəkləyirik. Bizim üçün həqiqətən vacibdir ki, Qafqaz regionunda sabitlik təkcə Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanda bərqərar ola biləcək sabitlik vasitəsilə qorunur”.

İrəvanın NATO ilə yaxınlaşmasına gəlincə, Kolomina qeyd edib ki, Ermənistan çox açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan bir qədər uzaqlaşmaq qərarına gəlib:

“Biz həvəsləndirdiyimiz budur. Ermənilər öz qərarlarını verməkdə sərbəstdirlər, lakin onlar bunu seçiblər və məncə, onlar artıq bizə yaxınlaşmağa başlayıblar: daha çox əməkdaşlıq tələb edir, daha çox siyasi dialoq tələb edir, NATO-nun daha çox iştirakını tələb edirlər. Tərəfdaşlarımızın, fikrimizcə, regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir”.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv