!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO təlimlərinə qoşulmaqda MƏQSƏD: "Ermənistan Rusiyaya qarşı özündən itələmə prosesini..."

!Reklam – Yazi

“Üç dövlət gizli şəkildə NATO ilə hərbi-siyasi əlaqələrin özüllərin atır”.

Bu fikiri regiondakı gərginlik, Rusiyanın mövqelərinin laxladılması və gözlənilən nəticələri dəyərləndirən politoloq Qədir Aslan Yenicag.az-a açıqlamasında səsləndirib.

Qədir Aslan bildirib ki, Ermənistan Rusiyaya qarşı aktiv fazaya keçən özündən itələmə prosesini həyata keçirir:

“Regionda baş verənlərə diqqət etmək lazımdır. Gürcüstan 22 avqustda NATO təlimləri keçirdi. Azərbaycan bu il ərzində 16 dəfə NATO-nun ikinci dövləti ilə təlimlər həyata keçirib. Ermənistan 11-20 sentyabr tarixlərdə NATO təlimləri keçirəcək. Üç dövlət gizli şəkildə NATO ilə hərbi-siyasi əlaqələrin özüllərin atır.

Bununla paralel Ermənistanda 16 avqustda Təhlükəsizlik Şurasının növbədənkənar iclasından sonra bir proses başladı. Ermənistan Rusiyaya qarşı aktiv fazaya keçən özündən itələmə prosesini həyata keçirir. Bu da özgüvən olmadan, sığortalanmadan həyata keçirilə bilməz. Məxməri inqilabların rəhbəri hakimiyyətə gələndən sonra Rusiyaya yönəlik hərbi qurum və quruluşların ölkədən çıxarılması ilə məşğul olur. Bu, məlum hadisələrlə bağlı Paşinyanda uzun çəkdi.

Təxmin edirəm ki, bağlı qapılar arxasında Vaşinqtonla Azərbaycan arasında bəzi sövdələşmələr var. Onlardan biri Azərbaycanla Ermənistanın paslaşmasıdır. Məhz bu məsələdə İrəvanla Bakı fəaliyyətlərini kordinasiya edirlər ki, Rusiya regionda laxlasın və çıxsın.

Ötən ilin sentyabrında Azərbaycan hakim yüksəklikləri götürdü və Naxçıvanı vizual şəkildə görür. Bu həm hərbi, həm siyasi, diplomatik mənada Azərbaycana kifayət edir. Bundan sonra baş verəcəklər diplomatiyanın dərinliklərindən asılıdır”.

Səxavət Məmməd

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv