!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO üçün YENİ SƏHİFƏ: “Əgər İsveç də Finlandiya kimi ondan istənilənləri yerinə yetirsəydi...” – MÖVQE

!Reklam – Yazi

“İsveç Türkiyənin tələblərini icra etməməklə NATO-ya üzvlük məsələsinin qeyri-müəyyən müddətə uzanmasına şərait yaratdı”.

Bu fikirləri NATO ölkələri xarici işlər nazirlərinin sabah keçiriləcək toplantısında Finlandiyanın alyansa üzvlüyünün rəsmiləşdiriləcəyini dəyərləndirən Milli Məclisin deputatı Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Türkiyənin irəli sürdüyü şərtlərin yerinə yetirilməməsi İsveçin hələ ki NATO-dan kənarda qalması ilə nəticələnib:

“Bilirsiniz ki, NATO üzvü olan Türkiyənin alyansa qoşulmağa can atan Finlandiya və İsveç qarşısında müəyyən tələbləri vardı. Bu şərtlər sırasında Türkiyəni hədəfə alan terrorçulara sığınacaq verməmək, onları Ankaraya təslim etmək, İslam dinini təhqir edən hallara son qoyulması və başqa tələblər yer alırdı.

Türkiyənin bu məsələdə qətiyyətli mövqeyini nəzərə alan Finlandiya Ankaranın şərtlərini yerinə yetirdi və nəticədə Türkiyə parlamenti ilə prezidenti həmin ölkənin üzvlük üçün müraciətini təsdiqlədi. Beləliklə də, Finlandiyanın NATO-ya üzvlüyü qarşısında sonuncu əngəl də götürüldü.

İsveç isə Finlandiyadan fərqli olaraq, Türkiyənin tələblərini icra etməməklə NATO-ya üzvlük məsələsinin qeyri-müəyyən müddətə uzanmasına şərait yaratdı. Əgər İsveç də Finlandiya kimi ondan istənilənləri yerinə yetirsəydi, yəqin ki sabah bu iki ölkə eyni vaxtda NATO üzvlüyünə qəbul ediləcəkdi. İsveçin Türkiyənin məlum şərtlərini gələcəkdə nəzərə alıb-almayacağını indidən söyləmək çətindir”.

A.Zeynalov

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv