!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO: Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququq var

!Reklam – Yazi

Beynəlxalq hüquqa uyğun olaraq, Ukrayna özünü müdafiə etmək üçün Rusiya ərazisindəki hərbi obyektlərə hücum etmək hüququna malikdir.

Yenicag.az Reuters-ə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Bu barədə o, alyansın yeni üzvü İsveçə səfəri zamanı bildirib.

Stoltenberq Stokholm yaxınlığındakı hərbi bazada İsveçin baş naziri Ulf Kristerssonla keçirdiyi mətbuat konfransında deyib: “Ukraynanın özünümüdafiə hüququ var. “Özünümüdafiə hüququna hücum edən tərəfin, yəni təcavüzkarın, bu halda Rusiyanın ərazisindəki qanuni hərbi hədəflərə zərbə endirmək hüququ da daxildir”.

NATO-nun baş katibi deyib: “Bu, Rusiyanın sülhsevər, demokratik qonşu ölkəyə, Rusiya üçün heç vaxt təhlükə yaratmayan Ukraynaya qarşı başlatdığı aqressiv müharibədir”.

O əlavə edib ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə endirmək hüququ olduğuna şübhə yoxdur.

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv