!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-ya üzvlük və daxili SİYASİ HESABLAŞMA: “Bu aksiyaların arxasında dayanan qüvvələr...” – AÇIQLAMA

!Reklam – Yazi

“Macarıstan da İsveçdəki olayları sərt tənqid edib və bu ölkənin indiki şəraitdə NATO-ya götürülməsinə qarşı çıxıb”.

Bu fikirləri İsveçin NATO-ya üzvlüyünün qarşısında ciddi maneəyə çevrilən “Quran”ın yandırılması aksiyalarının prosesi əngəlləyən məqsədli təxribat olmasına dair yanaşmalara münasibət bildirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin aksiyaların davamlı şəkil alması sözügedən məsələnin İsveçin daxili siyasi rəqabətində ciddi elementə çevrildiyini göstərir:

“Əslində xatırlatmaq istərdim ki, bu yanaşmanın reallıq çəkisinin ciddi ola biləcəyini önə sürən şəxslərdən biri də mənəm. Bu məsələlər hələ yenicə aktuallaşanda, yəni İsveçdə Türkiyəni ciddi şəkildə qıcıqlandıran yolverilməz aksiyalar təşkl olunanda bildirmişdim ki, həmin olayların arxasında NATO-nun genişlənnməsində maraqlı olmayan dövlət, yaxud da qüvvələrin dayanması qətiyyən istisna olunmur. Ancaq nəzərə almaq lazımdır ki, İsveçdə “Quran”ın yandırılması sadəcə, Türkiyədə deyil, əksər ölkələrdə hiddətlə qarşılanıb.

O cümlədən, məlum səbəblərə görə İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırmayan tək ölkə Türkiyə deyil. Eyni zamanda, Macarıstan da İsveçdəki olayları sərt tənqid edib və bu ölkənin indiki şəraitdə NATO-ya götürülməsinə qarşı çıxıb. İsveçdə “Quran” yandırılmasının bu ölkənin NATO-ya üzvlüyünə əngəl yaratdığı açıq-aydın görünsə də, bu cəhdlər ara vermir. Buradan o nəticəyə gələ bilərik ki, həmin aksiyaların davamlı şəkil alması sözügedən məsələnin İsveçin daxili siyasi rəqabətində ciddi elementə çevrilib və müəyyən qüvvələr istər özlərinin, istərsə də kənar çevrələrin təsiri altında prosesin qarşısını almağa çalışırlar. Hesab edirəm ki, İsveçin NATO-ya üzvlüyü kontekstində bu məqama da ciddi diqqət yetirilməlidir”.

A.Zeynalov

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv