!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO zirvəsinin əks-sədası davam edir: Ailə şəklində olmayan lider - FOTO / VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının Ukrayna gündəmli fövqəladə iclası baş tutub.Yenicag.az-ın məlumatına görə, keçirilən iclasın əks-sədası hələ də davam edir.

Belə ki, 30 müttəfiq ölkənin liderlərinin qatıldığı iclasda Almaniya kansleri Olaf Şolts ənənəvi ailə fotosunda yer almayıb, həmçinin açılış mərasiminə qatılmayıb. Buna səbəb isə yüksək enerji qiymətlərilə bağlı hökumətin keçirdiyi iclas olub. Şolts 9:40-da qərargaha varmaq istəsə də, ancaq saat 10:20-də konfransa qatıla bilib.

Bundan başqa, Böyük Britaniya Baş naziri Boris Consonun hərəkətləri də gündəm olub. Belə ki, Conson əllərini əvvəlcə pencəyinin, sonra şalvarının, daha sonra yenidən pencəyinin cibinə salıb, onun bu davranışı ingilis mediasında geniş müzakirə edilib.

Həmçinin Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla səmimi davranması, əlini onun çiyninə qoyması da diqqətlərdən yayınmayıb.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv