Rusiyalı müxalifətçi Aleksey Navalnı 30 sutka həbs cəzası alıb.
Yenicag.az xəbər verir ki, bu barədə Moskvanın Ximki məhkəməsi qərar qəbul edib.
Navalnının müddətli həbsinin real həbs cəzası ilə əvəz olunub-olunmayacağı barədə yanvarın 29-da keçiriləcək məhkəmədə qərar qəbul ediləcək.
Qeyd edək ki, dünən Almaniyadan Moskvaya qayıdan Aleksey Navalnı Şeremetyevo aeroportunda saxlanılmışdı.
www.yenicag.az