!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Navalnı ruslara ÇAĞIRIŞ ETDİ: "Putindən başqa istənilən namizədə səs verin"

!Reklam – Yazi

Navalnı rusları prezident seçkilərində iştirak etməyə və Putindən başqa istənilən namizədə səs verməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Vladimir Putinin hazırda həbsdə olan ən sərt əleyhdarı Aleksey Navalnının bloqunda yer alan yazıda deyilir.

Aleksey Navalnı və komandası prezident seçkilərində Vladimir Putinin əleyhinə səs verməyə çağırış edib.

“Prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Bu gün hamını seçki məntəqələrinə gələrək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, hər hansı digər namizədə səsvermə ilə edilə bilər”, – Navalnı yazıb.

Siyasətçinin həmfikirləri də Putinə qarşı kampaniyaya başladığını elan ediblər. Onlar “Putinsiz Rusiya” saytını işə salıblar. Burada deyilir ki, “hər bir fəal vətəndaş” prezident seçkilərinə yaxın 100 gün ərzində “sadə bir məqsəd qoymalıdır – ən azı 10 nəfəri Putinə qarşı çıxmağa inandırmaq”.

“Şübhəsiz ki, biz seçki prosedurunun parodiyasındayıq. Və yekun nəticələr, həmişəki kimi, saxtalaşdırılacaq. Amma istənilən seçki və saxtakarlığı belə şübhə doğurur. Rusiya müxalifətinin əsas vəzifəsi bu şübhələrə var gücü ilə cavab verməkdir. Təbliğat aparmaq lazımdır. 24 ildir hakimiyyətdə olan 71 yaşlı Putinin daha 6 il qalmaması lazım olduğunu izah edin. O, Rusiyaya zərər verəcək. O getməlidir”, – Navalnının bloqunda deyilir.

Xuraman Etibarlı

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv