!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Navalnıya 19 il həbs cəzası verildi

!Reklam – Yazi

Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya 19 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“A.A.Navalnıya 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin ki, xüsusi rejimli koloniyada çəkilsin”, – hakim Andrey Suvorov hökmü elan edib.

Hökmə əsasən, məhkum ekstremist təşkilat yaratmaqda, o cümlədən onun işində iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, buna açıq çağırışlar etməkdə və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.

Dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub./Qafqazinfo/

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv