!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naviqasiya proqramlarının “azdırdığı” SÜRÜCÜ: “İstərsə, məhkəməyə müraciət edərək...”

!Reklam – Yazi

“Əgər naviqatorun işarəsi gedərkən yol hərəkəti qaydası pozularsa, o halda cərimə tətbiq olunacaq”.

Bu fikirləri naviqasiya proqramlarının yalnış təlimatı səbəbindən baş verən yol hərəkəti qaydalarının pozulması hallarına münasibət bildirən İnformasiya Texnologiyaları (İT) üzrə ekspert Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, heç bir dövlət qurumu hansısa proqramda yaranan texniki problemin məsuliyyətini öz üzərinə götürə bilməz:

“Bu analoji proqramların əsas məqsədi sürücünü təhlükəsiz və tez zamanda mənzil başına çatdırmağa yardım göstərməkdir. Sürücü naviqasiya proqramından istifadə zamanı bütün məsuliyyəti öz üzərinə götürərək onunla razılaşmış olur. Çünki heç bir dövlət qurumu hansısa proqramda yaranan texniki problemin məsuliyyətini öz üzərinə götürə bilməz.

Bu səbəbdən, naviqatorla hərəkətdə olarkən, mütləq və mütləq yol nişanlarına diqqət yetirmək lazımdır. Sözügedən proqramlar, əsasən, şəhərin yol hərəkəti qaydalarına uyğun olaraq hazırlanır. Lakin dəyişdirilən, yaxud yeni qəbul olunan qərarlar barədə proqram təminatçısı xəbərdar olmaya bilər.

Həmin dəyişikliyin proqramlaşdırılması üçün müəyyən qədər vaxt tələb olunur. Ona görə də, yalnız naviqatorun verdiyi təlimatla hərəkət etmək olmaz. Eyni zamanda, özünüz də yola nəzarət etməlisiniz. Əgər naviqatorun işarəsi gedərkən yol hərəkəti qaydası pozularsa, o halda cərimə tətbiq olunacaq.

Cərimədən yaxa qurtarmaq isə mümkün deyil, mütləq ödənməlidir. Bununla yanaşı, sürücü cəriməni ödədikdən sonra əgər istərsə, məhkəməyə müraciət edərək həmin proqramın yaradıcılarına iddia qaldıra və təzminat tələb edə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv