!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naviqatora inanan sürücünün QORXULU ANLARI: Piyadalar üçün asma körpüyə ÇIXDI - FOTO

!Reklam – Yazi

 

Tailandda avtomobil idarə edən qadın naviqatoruna etibar edərək piyadalar üçün nəzərdə tutulmuş asma körpünün üzərinə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Tayland mediası məlumat yayıb. Taylandda sürücü naviqatora güvənərək avtomobilini Phray əyalətində Yom çayı üzərindəki piyadalar üçün asma körpünün üzərinə sürüb.

Avtomobil çox təhlükəli vəziyyət dayanıb, onun sol ön təkəri uçurumun üstündə asılı qalıb. Qadın qışqıraraq köməyə çağırıb.

Asma körpünün üzərində asılı qalan avtomobili yerli sakin görüb. O, əvvəlcə gözlərinə inanmayıb, lakin dərhal xilasediciləri köməyə çağırıb.

Avtomobil iki traktorun köməyi ilə uğurla körpüdən çıxarılıb.

Xilasedicilər qeyd ediblər ki, qadının bəxti gətirib ki, körpü maşının ağırlığına dözüb. Əks halda avtomobil 15 metr hündürlükdən aşağı düşə bilərdi.

Xuraman Etibarlı

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv