!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvan Avtovağzal Kompleksində nöqsanlar aşkarlanıb

!Reklam – Yazi

Naxçıvan Avtovağzal Kompleksinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiyi aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) qurumda nöqsanlar aşkarlayıb.

Buna görə də kompleks barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edilib.

Protokol Naxçıvan Şəhər Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilirlər, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir./İqtisadiyyat.az

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv