Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Naxçıvan “Gənclər paytaxtı” seçildi

23 rayon və şəhərin iştirak etdiyi “Gənclər Paytaxtı 2018”in seçimləri başa çatıb.

Yenicag.az xəbər verir ki, səsvermənin nəticəsinə görə, Naxçıvan 30 faiz səslə “Gənclər paytaxtı” seçilib.

26,2 faiz səs toplayan Lənkəran isə ikinci olub.

Rəsmi məlumat 2 Fevral Azərbaycan gəncləri günü münasibətilə təşkil olunacaq tədbirdə elan olunacaq.

Qeyd edək ki, “Gənclər Paytaxtı” 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

Onu da qeyd edək ki, 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə (2012-ci il), Biləsuvar (2013-cü il), Quba (2014-cü il), İsmayıllı (2015-ci il), Şəmkir (2016-cı il), Balakən (2017) Gənclər paytaxtı adına layiq görülüblər.

www.yenicag.az

4548
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM