Naxçıvan – Məşhəd qatarı yenidən fəaliyyətə başlayır

Naxçıvan – Məşhəd qatarı 2018-ci ilin əvvəlindən yenidən fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu, İran İslam Respublikasının Dəmir Yolları Təşkilatının mətbuat xidmətinın açıqlamasında bildirilir.

Məlumata görə, Məşhəd – Naxçıvan qatarının yenidən fəaliyyəti üçün bu gün Tehranda İran Dəmir Yollar Təşkilatının sərnişinlərə xidmət üzrə idarə rəhbəri ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri arasında görüş keçirilib.

Görüşdə Naxçıvan – Məşhəd dəmir yolu sərnişin qatarında vaqonlarda sərnişinlərə xidmət, məlumatların mübadiləsi və biletlərin satışının təşkili kimi məsələlər müzakirə olunub.

Naxçıvan – Məşhəd dəmir yolu xəttinin uzunluğu Naxçıvandan İranın Culfa şəhərinə kimi 45 km, Culfadan Məşhəd şəhərinə kimi isə 1700 kilometrdir.

COP29