!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda bu nazirliklərin komissiyaları ləğv olundu

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub.

Bu barədə Yenicag.az-a Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR Nazirlər Kabinetinin 15 may tarixli 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına sənədləri təqdim olunan şəxslərin təkrar müayinəsinin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub.

Naxçıvan MR Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Bir sıra publik hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmiş, ”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın aparılması barədə” qərarı ləğv edilib.

***

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib.

Yenicag.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1 may 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” və ”Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarları ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunlaşdırılıb.

Naxçıvan MR Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma, poçt-baqaj, yük-baqaj və yükdaşıma xidmətlərinin tarifləri və dəmir yolu nəqliyyatından istifadəyə görə yığımların təsdiq edilməsi haqqında” Qərarı “Naxçıvan Dəmir Yolları” MMC-nin müraciətinə əsasən ləğv edilib.

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv