!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda Heydər Məscid kompleksi istifadəyə verildi

!Reklam – Yazi

15 İyun – Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Heydər Məscid kompleksi istifadəyə verilib.

Yenicag.az xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, digər rəsmi şəxslər və dindarlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxış edərək bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin dini həmrəylik ideyaları və dövlət-din siyasəti uğurla davam etdirilir.

Sonra “Quran-i Kərim”dən ayələr oxunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində bu məscidin istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Səlahiyyətli nümayəndə qeyd edib ki, ulu öndərimiz hər zaman islami dəyərlərə hörmət və ehtiramla yanaşıb.

Fuad Nəcəfli yeni məscid kompleksini ölkə Prezidenti İlham Əliyevin xalqımızın dini-mənəvi dəyərlərinə verdiyi qiymətin daha bir ifadəsi kimi dəyərləndirib, açılış münasibəti ilə dindarları təbrik edib.

Səlahiyyətli nümayəndə məscidə müqəddəs “Quran-i Kərim” hədiyyə edib.

Babək Rayon Dini İcmasının Sədri Qasım Qasımov dindarlar adından dövlət başçısına minnətdarlığını bildirib.

Səlahiyyətli nümayəndə dindarlarla söhbət edib, dini-mənəvi dəyərlərin düzgün təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra məscid kompleksinə baxış olub.

Məlumat verilib ki, Naxçıvanqala tarixi abidəsinin yaxınlığında, Şərq memarlıq məktəbi üslubunda ucaldılan yeni məscid kompleksinin ümumi ərazisi 82 min 250 kvadratmetrdir. Məscidin minarələrinin hündürlüyü 38, günbəzlərinin hündürlüyü isə 14 metrdən artıqdır. Binanın daxilində müqəddəs “Quran-i Kərim”dən ayələr həkk olunub. Burada eyni vaxtda 5 min nəfər ibadət edə biləcək. Ərazidə kişilər və qadınlar üçün ayrıca ibadət və dəstəmaz otaqları və mərasim evləri istifadəyə verilib. Kompleksin ərazisində Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati binalar da tikilib.

Bu gün məsciddə ilk namazlar qılınıb, ehsan süfrələri açılıb, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub.

Sonda xatirə şəkli çəkdirilib./apa

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv