!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda iki qurum ləğv edildi

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının və “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə sərəncamlar imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamlara əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi sərəncamların birinci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək, həmçinin bu sərəncamlardan irəli gələn digər məsələləri həll edəcək.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu sərəncamlara uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edəcək.

Qurum, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sərəncamlara uyğunlaşdırılmasını təmin edib Naxçıvan Ali Məclisinə məlumat verəcək.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv