!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvanda müəllimlərin maaşı artırıldı

Ötən il imzalanmış sərəncamla  2022-ci ilin yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2021-ci ilin yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Həmçinin, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına da əlavələr edilib.

www.yenicag.az

134
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100