!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda postTalıbov DÖVRÜ: “Onun öz iradəsinə uyğun qurduğu düzənin dəyişdirilməsi...” – MÖVQE

!Reklam – Yazi

“Talıbovun istefasından sonra o sistemin öz mövcudluğunu davam etdirməsi mümkün deyil”.

Bu fikirləri Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun Muxtar Respublikada qurduğu düzənin mütləq qaydada dəyişdiriləcəyini vurğulayan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Naxçıvanda gözlənilən dəyişikliklər Talıbovun yerinə gələcək şəxsin qarşısında qoyulan tapşırıqlardan və həmin kadrın özündən də çox şey asılı olacaq:

“Birbaşa deymək istərdim ki, Naxçıvanda onilliklər boyunca öz iradəsinə uyğun düzən qurmuş Vasif Talıbovun istefasından sonra Muxtar Respublikada hər şey olmasa da, çox şey dəyişəcək. Bildiyiniz kimi, orada uzun müddət idarəetmədə qanunçuluq aliliyi deyil, məmurların şəxsi mövqeyi əsas götürülüb və Talıbovun istefasından sonra o sistemin öz mövcudluğunu davam etdirməsi mümkün deyil.

Tanıdıqlarımız insanlarla söhbətlərdən və eşitdiklərimizdən belə məlum olurdu ki, Naxçıvanda vətəndaşlara münasibətdə qanunun aliliyi qətiyyən nəzərə alınmır. Vasif Talıbov Naxçıvanda Azərbaycan dövlətinin Konstitusiyasına və qanunlarına zidd olan rejim qurmuşdu. Korrupsiya, rüşvətxorluq, qohumbazlıq baş alıb gedirdi, insanların təqib olunması adi hala çevrilmişdi.

Belə düşünürəm ki, Talıbovun istefaya getməsi ilə əhaliyə münasibət də dəyişəcək. Amma bu münasibətin tamamilə qanun müstəvisində olub-olmayacağına dair proqnoz vermək çətindir. Çünki onun yerinə gələcək şəxsin qarşısında qoyulan tapşırıqlardan və həmin kadrın özündən də çox şey asılı olacaq.

Digər tərəfdən, Azərbaycanda siyasi sistemin özündə də dəyişdirilməsi vacib olan prinsiplər var və onlar da qanunun aliliyini tam təmin etməyə imkan vermir. Ona görə də bu kimi məsələlərə kompleks şəkildə yanaşılması vacibdir”.

A.Zeynalov

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv