!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda qaziləri ayağa qaldıran ƏDALƏTSİZLİK: “Bəzi dövlət qurumları Prezidentin sərəncamlarını...”

!Reklam – Yazi

“Pensiya yaşını artırmaq və təqaüd üçün faiz dərəcəsini aşağı salmaq yerinə, daha optimal addımlar atılmalıdır”.

Bu fikirləri qazilərin həllini gözləyən problemləri, hərbçilərin pensiya yaşının artırılması ilə bağlı narazılıqlara münasibət bildirən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmovun sözlərinə görə, yerli icra hakimiyyəti orqanları və aidiyyatı dövlət qurumları Prezidentin müvafiq sərəncamlarını yerinə yetirmirlər:

“Həm 44 günlük savaşda, həm də antiterror əməliyyatında şəhidlər verdik, çox sayda əlillərimiz və qazilərimiz oldu. Lakin qələbə əldə edildikdən sonra müəyyən problemlər yarandı. Ali Baş Komandanın sərəncamları ilə şəhid ailələrinə, əlil və qazilərə ciddi qayğı göstərilməli, onların problemlərinə diqqət ayrılmalı idi.

Ancaq aidiyyatı dövlət qurumlarının səmərəsiz fəaliyyəti və səhlənkarlığı nəticəsində xeyli şikayətlər var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sözügedən kateqoriyaya aid şəxslərə problemlər yaradır. Bu sayaq problemlər Naxçıvanda da müşahidə olundu. Orada da qazilər üzləşdikləri haqsızlığa qarşı etiraz səslərini ucaltdılar.

Dövlət başçısının sərəncamları yerli icra hakimiyyəti orqanları və aidiyyatı qurumlar, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tam şəkildə icra olunmur. Qazilərə münasibətdə qəbuledilməz qaydada süründürməçiliklə məşğuldurlar, insanlara əziyyət verirlər.

Bu yaxınlarda veteran statusu düşməyən şəxslərə veteranlıq vəsiqəsi verildi. Qazilər Müdafiə Nazirliyinin mərkəzi aparatında xdmət edən qadın hərbi qulluqçulara veteran vəsiqəsi verilməsi xəbərini ictimailəşdirdilər. Bu həm ictimaiyyət, həm də müharibə veteranları arasında haqlı narazılıqlara səbəb oldu.

Nazirlər Kabinetinin müvafiq komissiyası görünür, təqdim olunan sənədləri lazımi diqqətlə yoxlamayıb. Bütün qurumlar, xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz işini Prezidentin sərəncamlarına uyğun qurmalı olsa da, praktikada bunu görmürük. Ona görə də şikayətlərin ardı-arası kəsilmir.

Bu məsələlərdə Müdafiə Nazirliyinin də məsuliyyəti var. Nazirlik müharibə iştirakçılarının sənədlərini vaxtında təsdiq edib göndərməli idi. Bütün bunlar azmış kimi, zabitlərin xidmət müddəti də artırılır. Bundan əvvəl zabitlərin hər bir qulluq ilinə görə 3 faiz pensiya hesablanırdı. Artıq bu göstərici 2 faizə endirilib. Bu da zabitlərin 100 faiz pensiya toplamaq üçün tələb olunan müddətin uzanması deməkdir. Mətbuatdan öyrəndim ki, müddətdən artıq xidmət edənlərin (MAXE) pensiyaya çıxma yaş həddi 45-dən 48-ə qaldırılıb. Bu hallar gələcəkdə ordunun komplektləşməsinə ciddi təsir edə bilər.

Son zamanlar Azərbaycanda ailələrdə dünyaya gətirilən uşaqların sayının azaldığı müşahidə edilir. Çox az sayda üçuşaqlı ailəyə rast gəlmək olar. Güman edirəm ki, gəncləri orduya cəlb etmək üçün müəyyən addımlar atmaq lazımdır. Pensiya yaşını artırmaq və təqaüd üçün faiz dərəcəsini aşağı salmaq yerinə, daha optimal addımlar atılmalıdır. Bununla bağlı Müdafiə Nazirliyinin birbaşa təklifləri olmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv