!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda şəhid Zaman Məmmədova həsr olunan filmin təqdimatı keçirildi

!Reklam – Yazi

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi – DANİB-in Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bir ölər, min dirilərik” vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılması layihəsi çərçivəsində hazırladığı 3 filmdən biri olan “Zamana meydan oxuyan Zaman” sənədli filminin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, film Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən Zaman Məmmədova həsr olunub.

Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, şəhid ailələri, qazilər, QHT təmsilçiləri və gənclər iştirak ediblər. Öncə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni oxunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük müharibədə qazandığı şanlı qələbədən söz açıb, döyüşlərdə mərdliklə iştirak edən vətən övladlarının şücaət və qəhrəmanlıqlarından danışıb.

Məcid Seyidov şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı haqqında məlumat verib, qəhrəmanlarımızın, xüsusi ilə də şəhdlərimizin igidliklərinin tərənnümü istiqamətində görülən işlərdən bəhs edib.

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əsgər və zabitlərinin fenomenal bacarığı və cəsarəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan zad olunmasınının siyasi və mənəvi əhəmiyyəti barədə danışıb. Elməddin Behbud qəhrəman şəhidlərimizin həyatı və döyüş yolunun gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rola malik olduğunu, böyük qələbənin gələcək nəsillərin şüurunda silinməz izlər buraxacağını və onlara ali milli dəyərlər aşılayacağını vurğulayıb. DANİB sədri Azərbaycan xalqının çoxəsrlik tarixinə silinməz möhür vuran prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində tezliklə Azərbaycanın qərb ərazilərinin Naxçıvanla birbaşa quru yolunun açılacağına əmin olduğunu deyib.

Dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan məmnunluğunu ifadə edən qəhrəman şəhidimizin atası Habil Məmmədov filmin hazırlanmasında əməyi olan bütün qurumlara və şəxslərə, həmçinin təqdimat mərasiminin iştirakçılarına minnətdarlığını bildirib.

Çıxışlardan sonra toplantı iştirakçıları böyük maraq və həyəcanla “Zamana meydan oxuyan Zaman” adlı sənədli filmini izləyiblər.

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv