!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda yeni DÖVR: Orduda da DƏYİŞİKLİK olacaq?

!Reklam – Yazi

“Naxçıvanda ordu qurmaq və formalaşdırmaq çox çətin idi”.

Bunu Naxçıvan Muxtar Respublikasında baş verən proseslər fonunda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda da dəyişiklik və islahatların aparılması ehtimallarını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Naxçıvan MR rəhbərliyindəki dəyişikliyin orduda olma ehtimalı o qədər də inandırıcı deyil:

“Azərbaycanda yeni müstəqillik əldə ediləndə Naxçıvanda briqada dislokasiya olunmuşdu. Briqada komandiri Kərəm Mustafayev idi. Daha sonra diviziya yarandı, ondan sonra isə o bazanın əsasında korpus, daha sonra isə Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Bunun hamısında da Kərəm Mustafayev orada rəhbər olub.

Naxçıvana quru yolumuz yoxdur. Orada ordu qurmaq və formalaşdırmaq çox çətin idi. Kərəm Mustafayev demək olar ki, 30 ildir Naxçıvanda xidmət edir. Onun briqadadan Ümumqoşun Ordusu yaranana qədər böyük xidmətləri olub.

Başqa korpuslarda texnikanın hazırlıq vəziyyəti məlumdur. Orada nizam-intizam yaratmaq, Sovetdən qalma – bütün texnikaların saz vəziyyətdə qorunub saxlanılması çətin məsələ idi. Kərəm Mustafayev bunların öhdəsindən gəlib. Xidmətdə olan zaman da, indi də Naxçıvanda hərbçilərin təminatı ilə bağlı heç vaxt şikayət olmayıb. Naxçıvanda bu gün proseslər gedir, amma oranın öz qayda-qanunu olub. Bu çətin şəraitə baxmayaraq orduda nizam-intizam yaratmaq,  ordu quruculuğunu həyata keçirmək asan məsələ deyildi.

İslahatlar dövlət başçısının, Ali Baş Komandanın səlahiyyətində olan bir məsələdir. Ola bilər hansısa struktur dəyişikliklikləri olsun. Hazırda iddia edirlər ki, Kərəm Mustafayev də vəzifəsindən azad edilə bilər. Nədənsə bu mənə o qədər də inandırıcı gəlmir. Ancaq prezidentin verəcəyi qərar necə olacaq, onu bilmirik”.

Səxavət Məmməd

www.yenicag.az

3490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv