!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanın sabiq komitə sədrinin həbs müddəti uzadıldı

!Reklam – Yazi

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində həbs qətimkan müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxıb.

Yenicag.az xəbər verir ki, məhkəmənin qərarı ilə Hicran Rüstəmov barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Hicran Rüstəmov ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə həbs edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Xatırladaq ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv