!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazarbayevin statusu konstitusiyadan çıxarılır

!Reklam – Yazi

Qazaxıstan Konstitusiya Şurasına (KM) birinci prezidentin statusu ilə bağlı normanın Konstitusiyadan çıxarılması ilə bağlı müraciət göndərilib.

Bunu prezidentin müşaviri Yerlan Karin bildirib.

O qeyd edib ki, Nursultan Nazarbayevin tarixi rolu hamıya məlumdur və ölkənin əsas qanununda ayrıca təsbit edilməsini tələb etmir:

“Bu gün Konstitusiya Şurası ölkə Konstitusiyasına əlavə və dəyişikliklər layihəsinə müsbət rəy verib. Həmçinin, işçi qrupunun bəzi üzvlərinin təklifi nəzərə alınaraq, birinci prezidentin statusu ilə bağlı normanın çıxarılması ilə bağlı Konstitusiya Şurasına əlavə müraciət göndərilib”.

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı işçi qrupunun üzvü Marat Başimov qeyd edib ki, 91-ci maddədə ilk prezidentin müstəqil Qazaxıstanın qurucusu statusunun dəyişməzliyi ilə bağlı normanın saxlanması cəmiyyətdə çox ciddi mübahisəyə səbəb olub:

“Ona görə də Konstitusiyaya əlavə və dəyişikliklər layihəsini hazırlayan işçi qrupunun bəzi üzvləri dövlət başçısına təklif göndəriblər ki, heç bir hüquqi yük daşımadığından birinci prezidentin tarixi rolunun qeyd olunması əsas qanundan çıxarılsın. Belə ki, dəyişiklik layihəsinə əsasən, birinci prezident, onun statusu və səlahiyyətləri ilə bağlı bütün normalar Konstitusiyadan tamamilə çıxarılacaq”.

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv