!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazilə məmur gəlini ilə “toy bazarlığına” getdi - FOTO

!Reklam – Yazi

Şairə Nazilə Səfərli gəlininə toy bazarlığını xarici ölkədən edəcək.

Yenicag.az xəbər verir ki, şairə bu məqsədlə səfərə çıxıb. O, gəlinini də özü ilə aparıb.

Məmur gəlini ilə fotosunu “Instagram” hesabında paylaşan Səfərli vaxtilə özünə qismət olmayan təmtəraqlı toy bazarlığını indi öz gəlininə etmək niyyətindədir. Bu məqsədlə o, gəlini ilə səfərə çıxıb:

“Gəlinimlə ilk səfərim. Mən bu hissləri ilk dəfə yaşayıram. Görməmiş də deyə bilərsiz. Haradan görə bilərəm ki? Sadəcə toyumda nə olmayıbsa, istəyirəm ki, hamısı gəlinim üçün olsun. O, mənim oğlumu xoşbəxt edən qızdır. Mən də onu sevgi ilə bəsləməli, hədiyyələrlə dəyərləndirməliyəm. Toy bazarlığına niyyətləndik. Allah hamının balasını murada yetirsin, mənim də balalarımı onların içində”.

Qeyd edək ki, Nazilənin oğlunun toy mərasimi mayın 9-da baş tutacaq. N.Səfərlinin gəlini məmur xanımdır.

Nehru

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv