!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazilə Səfərli-Fatimə qalmaqalı yenidən QIZIŞDI: “Onun məhkəmə qətnaməsini icra etməməsi...” - Vəkildən AÇIQLAMA

!Reklam – Yazi

“Rəsmi sənəd olsa, biz də qanunla müəyyən edilmiş qaydada etirazımızı bildirəcəyik”.

Bu sözləri rəqqasə Fatimə Fətəliyevanın şairə Nazilə Səfərli ilə bağlı Ali Məhkəməyə müraciət etməsinə münasibət bildirən sonuncunun vəkili Fuad Bədəlov Yenicag.az-a açıqlamasında deyib.

Vəkil məhkəməyə müraciətlə bağlı rəsmi sənədin hələ ki onlara təqdim olunmadığını bildirib:

“Nazilə Səfərlinin Fatimə Fətəliyevaya qarşı iddiası ilə bağlı qətnamə qanuni qüvvəsini alıb və icraya yönəlib. Məcburi icra tədbirləri görülür. İcra mərhələsində də tərəfin məhkəmə qətnaməsini icra etməməsi əvvəl inzibati, daha sonra isə cinayət məsuliyyəti yaradır.

Yəni şəxs buna görə məsuliyyət daşıyır. Kassasiya şikayətinin verilməsinə və Ali Məhkəmədə işə baxılması məsələsinə gəldikdə isə bu barədə rəsmi sənəd mövcud deyil. Rəsmi sənəd olacağı təqdirdə, bu barədə bizə də məlumat veriləcək.

O zaman biz də qanunla müəyyən edilmiş qaydada etirazımızı bildirəcəyik. Ancaq belə bir rəsmi sənəd hələ ki mövcud deyil”. Qeyd edək ki, Fatimə Ali Məhkəməyə müraciət etdiyini Axşam.az-a açıqlamasında deyib.

Cəvahir

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv