!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazilədən SƏRT İSMARIŞ: “Heç kim haqqımda artıq-əskik danışa bilməz…”

!Reklam – Yazi

“Başqası mənim haqqımda artıq-əskik danışa bilməz…”

Yenicag.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə ilə qalmaqal yaşayan şairə Nazilə Səfərli deyib.

O, arxasınca danışan insanlardan ona xəbər gətirənlərə ismarış yollayıb:

“Biri sizə iltifatdan öncə, “kim nə deyir, desin” söyləyirsə, onu səliqəli şəkildə özünüzdən uzaqlaşdırın. Kim nə deyibsə, ona yerində cavab verə bilməyibsə, gəlib ürək bulandırmasın.

Kim nə deyirsə, özünə deyir. Hamı üçün yaxşı ola bilmərəm. Qarşı  tərəf necədirsə, mən də eləyəm. Yəni necə davranmışamsa, qarşı tərəf özünü ona layiq təqdim edib. Başqası mənim haqqımda artıq-əskik danışa bilməz. Heç kimin dediyi sözü də gəlib mənə çatdırmayın. Arxamca danışanların ürəyi olsa, üzümə deyər. “Kor bağırsaq incidəndə müalicə etmirlər, kəsib atırlar”. Olmadığım yerdə qoy məni “öldürsünlər””.

Qeyd edək ki, Nazilə ilə rəqqasə Fatimə Fətəliyevanın məhkəmə çəkişməsi şou gündəmini bir-birinə vurub.

Nehru

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv