!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazimdən Məhərrəmlikdə toya gedənləri qınayanlara: “Onda ailəm acından ölsün?”

!Reklam – Yazi

“Məhərrəmlikdir deyə heç yerə getməyim və ailəm acından ölsün?”

Bunu müğənni Nazim Məhərrəmlikdə toy edən və toya gedənləri tənqid edənlərə cavab olaraq Yenicag.az-a açıqlamasında bildirib.

Müğənni bunda günah görmədiyini bildirib:

“Məhərrəmlikdə toy etmək günah sayılırsa, toy edən üçün sayılsın. Bu mənim işimdir, işimi görməyə gedirəm, əyləncəyə yox. Onda gərək bənna işini görməsin, sürücü maşın idarə etməsin ki, günah sayıla bilər. Yəni deməyim budur ki, hərənin bir peşəsi var və işini icra edir. Mənim də işim, sənətim müğənnilikdir. Gedib işimi görüb pulumu qazanmalıyam ki, ailəmi də saxlaya bilim. Məhərrəmlikdir deyə heç yerə getməyim və ailəm acından ölsün?”

Nazim hesab edir ki, bu, toy edən adam üçün günah sayılmamalıdır:

“Bu, toy sahibi üçün, günah ola bilər. Amma onu da günah saymıram. Çünki hər birimiz bütün müsəlman dünyasında olduğu kimi Aşura gününü qeyd etdik, sonra hamı işində-gücündədir”.

Cəvahir

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv