!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir: "18 yaşı olmuş hər gəncə 20 min avro verilsin"

!Reklam – Yazi

İspaniyanın əmək naziri Yolanda Diaz 18 yaşı olmuş hər gəncə 20 min avro verilməsi təklifi ilə çıxış edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Diaz bunun maliyyətinin 10 milyard avro olacağını da bildirib.

Nazir təklif reallaşacağı təqdirdə, yönləndiriləcək vəsaitin zəngin şəxslərdən alınan vergilərin artırılması hesabına əldə ediləcəyini də vurğulayıb.

Layihənin gənclərin təhsil xərclərini qarşılamaları, iş qurmaları üçün vacib olduğunu qeyd edən Diaz bunun ictimai bərabərsizliyi ortadan qaldıracağını da deyib.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv