Ads by Google

hightechnic
Ads by Google

Əgər bizim strateji tərəfdaşımız Azərbaycan və SOCAR dövlət şirkəti, Gürcüstana kifayət qədər həcmdə qaz tədarük etsə, Rusiyadan asılılığımız sıfıra bərabər olar.

Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Qaxaria “Qazprom”la bağlanan yeni müqaviləyə münasibət bildirərkən deyib.

G.Qaxariya qeyd edib ki, bu müqavilə “Qazprom”dan Gürcüstana təbii qaz almaq öhdəliyi qoymur: “Bu bir prinsipial işdir. Hazırda bizdə öhdəlikdən asılı olmayan kommersiya qiymətləri qeydə alınıb. Vurğulayıram kı, əgər bizim strateji tərəfdaşımız Azərbaycan və SOCAR dövlət şirkəti, Gürcüstana kifayət qədər həcmdə qaz tədarük etsə, Rusiyadan asılılığımız sıfıra bərabər olar”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."