!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazir idmançılarla görüşdü

!Reklam – Yazi

Gənclər və idman naziri Fərid Qayıbov bu ay ərzində beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, iştirakçıları salamlayan F. Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və qarşıdakı “İdman həftəsi”ndə də fəal olmağa çağırıb.

Tədbirdə güllə atıcılığı, güləş, bədii gimnastika, batut gimnastikası, stolüstü tennis, taekvondo və boks yarışlarında medal qazanmış idmançılar çıxış edərək öz qələbələri barədə məlumat veriblər. Görüşdə həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı hədəfləri barədə danışıblar.

İdmançıların təəssüratlarını dinləyən gənclər və idman naziri onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv