!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir müavini müəllimlərin işə qəbul imtahanını izlədi

!Reklam – Yazi

İyulun 15-də müəllimlərin işə qəbulu üzrə test imtahanlarının izlənilməsi məqsədilə Azərbaycan Texniki Universitetinin idman kompleksinə infotur təşkil edilib.

Yenicag.az xəbər verir ki, infoturda təhsil nazirinin müavini Muxtar Məmmədov, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, iyulun 14-dən start verilən müəllimlərin işə qəbulu imtahanları bu ayın 22-dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 54 745 namizədin iştirakı planlaşdırılır. Müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçiriləcək.

İmtahanların ikinci günündə Azərbaycan dili və ədəbiyyat fənni üzrə  ümumilikdə 9257 nəfərin imtahanlarda iştirakı gözlənilir.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv