Reklam

Reklam

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ FETÖ terror şəbəkəsinin əsas fiqurlarından biri olan Adil Öksüzün xaricə qaça bilmədiyini deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, canlı yayımda çıxış edən Bekir Bozdağ axtarışda olan FETÖ-çu Adil Öksüzlə bağlı maraqlı detalları açıqlayıb:

“Adil Öksüzün kim olduğu dəqiqləşəndə, zəruri addımlar atıldı. Onun yaxalanması üçün Türkiyənin hər qarış torpağında axtarış aparılır və bu işlər davam etdirilir. Məncə, Adil Öksüzün xaricə qaçmaq təşəbbüsü baş tutmayıb. FETÖ-nun Öksüzü edam edib-etmədiyini də bilmirik. Fikrimcə, Öksüz Türkiyədə gizlənir. Adil Öksüz 15 iyul çevriliş cəhdi ilə bağlı bir çox məqamlara aydınlıq gətirə biləcək şəxsdir”.

Bozdağ ABŞ-ın orada gizlənən yüzlərlə FETÖ-çunun təhvil verilməsi üçün addım atmadığını tənqid edib:

“ABŞ səmimi əməkdaşlıq tərəfdarıdırsa, o zaman nəyə görə yüzlərlə FETÖ-çunun məskunlaşmaq icazəsini və vizasını ləğv etmir? Terrorçubaşı ABŞ-da öz terror fəaliyyətini hələ də davam etdirir. Əgər səmimidirlərsə, o zaman bu addımları atmalıdırlar. Hər qaçan ABŞ-a üz tutur. Baxın, “Halkbank” direktorunun müavini ABŞ-da operativ həbs olunur. Bəs çevrilişi hazırlayanlar niyə həbs edilmirlər?”

Nazirin sözlərinə görə, Kanadada da sıx məskunlaşan FETÖ-çular Toronto yaxınlığında iri ferma alıblar.

Yeniçağ.Az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."