!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nazirin başı” partiya təmsilçilərini cinayətkar çıxardı

!Reklam – Yazi

Türkiyənin Zəfər Partiyasının Malatya şəhərindəki ofisindən asılan plakat cinayət tərkibli elan olunub.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, partiya ofisinin pəncərəsindən asılan “Yerli va Milli Eskobar” yazılı və üzərində yarımçıq keçəl baş təsvir edilmiş plakatla bağlı Malatya Prokurorluğuna şikayət edilib.

Prokurorluğun hazırladığı iddianamədə plakatdakı “keçəl baş” təsviri ilə daxili işlər naziri Süleyman Soylunun nəzərdə tutulduğu irəli sürülüb. Məhkəmə prokurorluq iddianaməsini qəbul edib və beləliklə, sözügedən plakat cinayət tərkibli hesab olunub.

Qeyd edək ki, Zəfər Partiyasının sədri Ümid Özdağ nazir Süleyman Soylunu duelə çağırmışdı. İkili arasındakı polemika hələ də davam edir.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv