!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirin qırmızı dodaq boyası qadağasına aktrisalardan REAKSİYA: “Kimə nə dəxli var?”

!Reklam – Yazi

Mədəniyyət Nazirliyi tərəfindən teatrlara qadağa tətbiq edilməsi barədə xəbərlər yayılıb.

Belə ki, teatra gedən aktrisaların qırmızı dodaq boyasından, dikdaban ayaqqabıdan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsi qadağan edilib.

Yenicag.az məsələni araşdırmaq üçün aktrisalarla əlaqə saxlayıb.

Saytımıza açıqlama verən Əməkdar artist, Akademik Musiqili Teatrın aktrisası Nahidə Orucova xəbərdən təəccüblənib:

“Biz elə xəbər eşitməmişik, nə də aktrisalara elə bir qadağa qoyulub. Necə yəni, qırmızı dodaq boyasından istifadə olunmasın, dikdaban ayaqqabı geyinməsinlər. Kimə nə dəxli var ki? Yox, qətiyyən bizim teatrda elə bir şey yoxdur”.

Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Naz belə bir qadağadan xəbərsiz oldğunu deyib:

“Yox, belə bir məlumatdan xəbərim yoxdur. Bizə elə bir qadağa qoyulmayıb. Kim atıb bu boş söhbəti ortalığa, bilmirəm”.

Şuşa Teatrının aktrisası Günel İmanovanın məsələyə münasibəti bu cür olub:

“Belə bir qadağa olmayıb. Şort və idman tərzdə geyimdə teatra getmək etik baxımdan düzgün sayılmır. Ancaq məşqlərə daxil olanda onsuz da məşq paltarında oluruq, dikdaban ayaqqabıda olmuruq. Nə vaxt tətbiq olunub belə bir qadağa, xəbərim yoxdur. İnsanın geyimi onun şəxsi həyatına aid olan bir məsələdir. Necə onun geyiminə qadağa qoyula bilər?”

Qeyd edək ki, Nazirliyin teatrlara qadağa tətbiq etməsi ilə bağlı xəbəri Kulis.az yayıb.

Cəvahir

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv