!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlər Kabinetinin bağlı "unutduğu" quru sərhədi: Tələbələrin üzünə vaxtsız açılan qapıdan keçə bilməyən vətəndaşlar

!Reklam – Yazi

Azərbaycanda 2020-ci ildən etibarən koronavirus pandemiyası səbəbilə quru sərhədlər bağlı saxlanılır. Üzərindən 3 il vaxt keçməsinə baxmayaraq, sərhədlərin açılması ilə bağlı heç bir qərar mövcud deyil. Vətəndaşlar haqlı olaraq buna etirazlarını bildirir, sərhədlərin açılmasını tələb edirlər.

Yenicag.az xəbər verir ki, bu tələblər fonunda Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı açıqlama birmənalı qarşılanmayıb.

Səfirliyin açıqlamasına görə, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib.

Əlbəttə, tələbələr üçün bu məsələdə güzəştə gedilməsi alqışlanası haldır, lakin qərarın dərslərin davam etdiyi bir zamanda verilməsi onun nəticəliliyini sual altına salır. Türkiyənin Ali Təhsil Şurasının (YÖK) açıqlamasında ali təhsil müəssisələrində dərslərin istəyə bağlı şəkildə ənənəvi və ya onlayn formada keçiriləcəyi bildirilib. Yəni təhsilin sırf distant qaydada keçiriləcəyi ilə bağlı qərar mövcud deyil. Belə olan halda, Türkiyədə təhsil alan tələbələrin böyük qisminin ölkəyə dönməyəcəyini söyləmək olar.

Səfirliyin yaydığı məlumatda qərarın 10 may tarixinədək keçərli olmasının vurğulanması da bir çox suallar yaradır. Əgər tələbələrə belə bir imtiyaz tanınırsa, bu üstünlük nə üçün zamanla məhdudlaşdırılır? Onsuz da dərs dönəminin bitməsinə ayyarım vaxt qalıb. Buna görə də tələbələrin quru yolla ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət qoyulmamalıdır.

Bütün bunlarla yanaşı, niyə hələ də quru sərhədlərin bağlı olduğu sorğulanmalıdır. Olmaya, Nazirlər Kabineti sərhədlərin bağlı olduğunu unudub?

Aqil Bəkir

www.yenicag.az

990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv